Ajans.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat kəndi yaxınlığında qeydə alınıb. Rayon sakini, 1985-ci il təvəllüdlü E. İsayev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Xəsarət alan şəxs dərhal əməliyyat olunub, vəziyyətinin orta-ağır olduğu bildirilir. E. İsayevin hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.\ Unikal.az