Xəbərə foto əlavə edilib.
***
saat 09.20
Şəmkirdə qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.
Digər xəsarət alan 2001-ci il təvəllüdlü K.Məmmədovun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı araşdırma aparılır.
***
saat 09.04
Şəmkirdə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Hyundai Elantra" markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.