Şəmkirdə minik avtomobili ağaca çırpılıb, ölən və xəsarət alan var.
Moderator.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Qəza rayon ərazisində qeydə alınıb. "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü Ruslan Süleymanov xəstəxanada ölüb. Daha bir nəfər 2001-ci il təvəllüdlü Kamran Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.