AZ

Şəmkirdə ağır qəza can aldı

Şəmkirdə minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var.

Publika.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan "Hunday Elantra" markalı minik avtomobili idarəetmədən çıxıb, yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 1985-ci il təvəllüdü R.Süleymanov və 2001-ci il təvəllüdlü K.Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, ağır xəsarət alan 1985-ci il təvəllüdlü R.Süleymanovun həyatını xilas etmək mümkün olmayıb.

Seçilən
23
17
publika.az

10Mənbələr