AzVision.az xəbər verir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəftərxanasının yaydığı məlumatda belə deyilir.
“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın suriyalı həmkarı Əhməd əl-Şaraa ilə keçirdiyi telefon söhbətindəikitərəfli əlaqələrlə yanaşı, Suriyadakı son hadisələr də müzakirə olunub. Prezidentimiz Türkiyənin Suriyanın ərazi bütövlüyünə, birliyinə, həmrəyliyinə, sabitliyinə, təhlükəsizliyinə böyük önəm verdiyini vurğulayıb. O, bəyan edib ki, Suriya ərazisinin terrordan tam azad olunması həm Suriyanın özü, həm də bütün region üçün vacibdir”, - bəyanatda deyilir.
Türkiyə lideri bildirib ki, “Anakaranın Suriyaya, xüsusən də terrorla mübarizədə dəstəyi davam edəcək”.
Telefon danışığı Suriya ordusunun “Suriya Demokratik Qüvvələri (SDQ)” kürd koalisiyasına qarşı davam edən əməliyyatı fonunda və yanvarın 18-də tərəflər arasında atəşkəs sazişinin bağlanmasından sonra baş tutub.
Sahil İsgəndərov
AzVision.az