EN

ABL: “Abşeron Lions” və “Sabah”dan qələbə – ARENA.AZ

Bu gün keçirilmiş oyunlarla Azərbaycan Basketbol Liqasında (ABL) 2025/2026-cı illər mövsümünün 13-cü turuna yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

Əvvəlcə son çempion “Sabah” “Şəki” ilə qarşılaşıb. Bakı İdman Sarayında baş tutmuş A qrupunun matçı Rimas Kurtinaytisin rəhbrəlik etdiyi komandanın 112:65 hesablı qələbəsi ilə nəticələnib.

Turun son matçı NTD və “Abşeron Lions” arasında keçirilib. Bakı İdman Sarayında baş tutmuş görüş Abşeron təmsilçisinin 100:93 hesablı qələbəsi ilə başa çatıb.

Turun əvvəlki matçlarında “Naxçıvan” “Lənkəran”ı (106:75), “Ordu” “Sərhədçi”ni (98:82), “Neftçi” “Gəncə”ni (77:75), “Sumqayıt” “Quba”nı (94:90) məğlub etmişdi.

A qrupu: Abşeron Lions – 25. Sabah – 23. Neftçi – 18. Gəncə – 17. Şəki – 15. NTD – 13.

B qrupu: Ordu – 26. Naxçıvan – 23. Lənkəran – 17. Sərhədçi – 17. Quba – 17. Sumqayıt – 17.

Xatırladaq ki, ABL oyunları dörd dövrədən və 20 turdan ibarət olacaq. Müntəzəm mövsümün oyunları A və B qruplarına bölünməklə keçirilir. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla yanaşı, B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaq. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. Bu mərhələdə ən tez iki qələbə qazanacaq klublar 1/4 finala yüksələcəklər. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək.

Final seriyasında isə ən tez 3 qələbə qazanacaq klub Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
10
11
arena.az

10Sources