Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 18-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.
İki qolun qeydə alındığı “Konyaspor” – “Eyüpspor” matçında qalib müəyyənləşməyib. “Beşiktaş” doğma meydanda “Kayserispor”a minimal hesabla qalib gəlib. “Göztəpə” isə “Rizəspor”u məğlub yola salıb.
Beləliklə, 18 turdan sonra 43 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 42 xalla ikinci, “Trabzonspor” 38 xalla üçüncü pillədə qərarlaşıb. “Göztəpə”nin 35, “Beşiktaş”ın 32, “Başakşəhər” və “Samsunspor”un 26 xalı var.
Türkiyə, Super Liqa
18-ci tur
17 yanvar
Başakşəhər – Karagümrük 2:1
Qollar: Şomurodov, 15. O.Şahiner, 87 – Fofana, 75.
Qalatasaray – Qaziantep 1:1
Qollar: B.A.Yılmaz, 84 – Bayo, 73.
18 yanvar
Kasımpaşa – Antalyaspor 0:0
Gənclərbirliyi – Samsunspor 1:1
Qollar: Koita, 60 – Marius, 38.
Kocaelispor – Trabzonspor 1:2
Qollar: Petkoviç, 18 – F.Auqusto, 44. Muçi, 90+1.
Alanyaspor – Fənərbağça 2:3
Qollar: Haderqyonay, 3. Makuta, 27 – Talişka, 9; 78. Musaba, 52.
19 yanvar
Konyaspor – Eyüpspor 1:1
Qollar: Muleka, 90+5 – M.Altunbaş, 50.
Beşiktaş – Kayserispor 1:0
Qol: Ture, 90+5.
Göztəpə – Rizəspor 3:1
Qollar: Miroşi, 39. A.Kurtulan, 63. E.Bekiroğlu, 82 – Laçi, 60-pen.
