Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026-cı illər mövsümünün əsas mərhələsində 7-ci tura start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutacaq.
Günün maraqla gözlənilən qarşılaşması İtaliyada baş tutacaq. “İnter” doğma azarkeşləri önündə İngiltərənin “Arsenal” komandasını qəbul edəcək.
ÇL-in sonuncu qalibi PSJ isə səfərdə Lissabon “Sportinq”i ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 7-ci tur
20 yanvar
19:30. Kayrat (Qazaxıstan) – Brügge (Belçika)
21:45. Budyo Qlimt (Norveç) – Mançester Siti (İngiltərə)
00:00. Kopenhagen (Danimarka) – Napoli (İtaliya)
00:00. İnter (İtaliya) – Arsenal (İngiltərə)
00:00. Olimpiakos (Yunanıstan) – Bayer (Almaniya)
00:00. Real (İspaniya) – Monako (Fransa)
00:00. Sportinq (Portuqaliya) – PSJ (Fransa)
00:00. Tottenhem (İngiltərə) – Borussiya (Dortmund, Almaniya)
00:00. Vilyarreal (İspaniya) – Ayaks (Niderland)
