Şaxtalı hava şəraiti və qar yağması ilə əlaqədar olaraq Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti gücləndirilmiş iş rejimində çalışır.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən Paralel.az -ya bildirilib ki, qarın təmizlənməsi ilə bağlı gecə və səhər saatlarında operativ tədbirlər həyata keçirilir, xidmətin xüsusi təyinatlı texnikası tərəfindən şəhərin bütün küçələrinə texniki duz səpilir, qardan təmizləmə işləri aparılır.