
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun bəzi ərazilərində yanvarın 22-də elektrik enerjisinin verilişi dayandırılacaq.Ulusum.az xəbər verir ki, “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.Bununla əlaqədar olaraq Araz SES-dən qidalanan 35 kV Nehrəm və 35 kV Havalimanı elektrik xətləri razılaşdırılmış sifariş əsasında açılacaq. Bu səbəbdən Nehrəm, Araz, Ərəzin, Bənəniyar, Əbrəqunus, Saltaq, Milax, Ərəfsə, Ləkətağ , Kırna və Əlincə kəndlərində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.R.Daşdəmirova
Diqqət Çəkənlər
Qənnadçı tort bişirəndirmi?
Xankəndi şəhərinə ilk köç karvanı yola salındı
Vəhşi təbiətin super qəhrəmanları” sərgisi tezliklə Heydər Əliyev Mərkəzində!