EN

Ronaldo 960-cı qolunu vurdu

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasında 960-cı qolunu vurub.

Msport.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının XVII turunda “Damak” ilə matçda 50-ci dəqiqədə Joao Feliksin ötürməsindən rəqib qapısına yol tapıb.

Qarşılaşmada Ronaldonun qolu qələbəni təmin edib – 2:1.

Ronaldo milli komandalar, Avropa çempionatları və Çempionlar Liqası tarixində ən çox qol vuran oyunçu və rəsmi matçlarda 960 qola çatan ilk futbolçudur. Portuqaliyalı mütəxəssisin hesabında beş Çempionlar Liqası, 2016-cı ildə bir Avropa çempionatının qızıl medalı və iki UEFA Millətlər Liqası titulları var.

Chosen
30
42
msport.az

10Sources