Futzal üzrə Azərbaycan milli komandası bu gün Bakıdakı təlim-məşq toplanışı çərçivəsində Danimarka yığması ilə yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, millimizin yeni ildəki ilk matçı Bakı İdman Sarayında baş tutub.
Görüş millimiz üçün yaxşı başlamayıb. 5-ci dəqiqədə rəqib hesabı açıb. Fasiləyə komandalar bu hesabla yollanıb. İkinci hissəyə komandamız üstün başlayıb. Hesab isə 27-ci dəqiqədə bərabərləşib. Nihad İsmayılov uzaq məsafədən dəqiq oynayıb. Növbəti qol 32-ci dəqiqədə vurulub. Bu dəfə də qonaqlar fərqləniblər. Rəqib 37-ci dəqiqədə daha bir qol vurub. Sona 14 saniyə qalmış qonaqların qapıçısı boş qapını nişan alıb. Beləliklə ilk oyunda qələbəni Danimarka futzalçıları qazanıblar.
Futzal millimiz yanvarın 24-də bu rəqiblə daha bir sınaq matçına çıxacaq. Bakı İdman Sarayında keçiriləcək həmin oyuna saat 16:00-da start veriləcək.
Yoxlama oyunu
22 yanvar
Azərbaycan – Danimarka 1:4
Qollar: Nihad İsmayılov, 26:25 – Rasmus Filipsen, 4:55. Kasper Rasmussen, 31:10. Hans Riken, 36:32. Niklas Fuxs-Kristiansen, 39:46.
Hakimlər: Əli Cəbrayılov, İmran Məhərrəmov, Ramil Namazov.
Bakı İdman Sarayı. Saat 19:00.
Azərbaycan: 1. Emin Kürdov (k), 3. Kənan Manafov, 5. Oktay Rüstəmli, 9. Murad Quluzadə, 14. Tofiq Mikayılov, 22. Kamran Hacıyev (q), 7. Emil Həsənzadə, 8. Ülvi Əliyev, 10. Nihad İsmayılov, 11. Eldar Zeynalov, 13. Qüdrət Qasımzadə, 15. Novruz Kazıxanov, 17. Ədalət Ələkbərov, 20. Fərid Abbasov.
Baş məşqçi: Yevgeni Kukseviç.
Danimarka: 1. Villiam Rams, 2. İbrahim Badran, 5. Mohammed Youseef, 6. Abbas Zankane, 10. Mads Falk (k), 16. Niklas Fuxs-Kristiansen, 3. Ruben Vinter, 4. Kornelius Ambek-Norqard, 7. Kasper Rasmussen, 8. Rasmus Filipsen, 9. Esayas la Kour, 11. Hans Riken, 12. Zlatan Henic, 15. Tobias Veng.
Baş məşqçi: Nikolay Saabye.
