AZ

Demçenko Qubada meydanın vəziyyətindən gileyləndi – ARENA.AZ

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko Premyer Liqanın 17-ci turunda səfərdə “İmişli”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 2:2.

Andrey Demçenko matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:

“Hava şəraiti və stadionun vəziyyəti yaxşı oyun göstərməyə imkan vermədi. Yaxşı oyun nümayiş etdirməyə çalışdıq. Təəssüf ki, standart vəziyyətdən qol buraxdıq. Oyuna nəzarət edirdik. Futbol belədir ki, qol vurmayanda sənə qol vururlar.

Oyunçulara baxırıq. Ən yaxşı variantı yoxlamağa çalışırıq. Elə futbolçular var ki, verilən tapşırıqları daha tez yerinə yetirirlər. Tərlan Əhmədliyə də buna görə şans vermişdik. Mən futbolçuları yerli və legioner olaraq ayırmıram. Bizim 20 oyunçumuz var. Kim məşqlərdə daha yaxşı olacaqsa, o da oynayacaq. Vacib olan nəticə qazanmaqdır.

Bu vəziyyətdə olan meydançada oyuna nəzarət etməyə çalışdıq. Amma “İmişli” də eyni şərtlərdə oynayırdı. Belə vəziyyətdə komanda gücünü göstərməlidir. Ukraynada da belə stadionlar olub.

Bəzən 90 dəqiqə dominant oynaya bilmirsən. Bu, bizim səhvlərimizdən oldu”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
51
9
arena.az

10Mənbələr