EN

Azərbaycan Basketbol Liqasında daha iki oyun baş tutacaq

Azərbaycan Basketbol Liqasında XIV turun daha iki oyunu keçiriləcək.

“İki sahil” xəbər verir ki, günün ilk matçı Qubada baş tutacaq.

Şəhərin eyniadlı komandası "Lənkəran"ı qəbul edəcək. Qarşılaşma Quba Olimpiya Kompleksində, saat 15:00-da start götürəcək.

Günün ikinci görüşündə "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək. Oyun "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da başlanacaq.

"Naxçıvan" B qrupunda 23 xalla ikinci pillədə qərarlaşıb. "Quba", "Lənkəran" və "Sərhədçi" 17 xalla 4-6-cı yerləri bölüşdürürlər.

Qeyd edək ki, XIV tura yanvarın 25-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Ordu"nu məğlub edib - 100:96.

Chosen
42
3
ikisahil.az

5Sources