Parlamentarilər arasında elmi fəaliyyəti ilə tanınan simalardan biri də Ceyhun Məmmədovdur. Ceyhun Məmmədov 18 yanvar 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. İlahiyyat üzrə fəlsəfə doktorudur. Ceyhun Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 may 2018-ci il Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin olunub. Milli Məclisin deputatı seçildikdən sonra Prezidentin 9 mart 2020 tarixli sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad olunub. O, 2017-ci ildən Azərbaycan Dillər Universitetində, 2018-ci ildən isə Azərbaycan İlahiyyat İnstitutunda müəllim kimi fəaliyyət göstərir. Fotoda: Ceyhun Məmmədov
Milli Məclisinin deputatı Eldar Quliyev də rektor kürsüsündə əyləşən siyasətçilərdəndir. Eldar Quliyev 1951-ci il iyul ayının 26-da Bakı şəhərində anadan olub. O, Xalq Təsərrüfatı İnstitunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirib. Eldar Quliyev 1990-cı ildə Azərittifaqın İdarə Heyəti sədrinin müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilib. O, indiyə kimi bu quruma ictimai əsaslarla rəhbərlik edir. Eyni zamanda 2011-ci ilin avqust ayında Azərbaycan Kooperasiya Universitetinin rektoru vəzifəsinə təyin olunub. İqtisad eləmləri doktoru, professordur. Eldar Quliyev hazırda Milli Məclisin Hesablayıcı Komissiyasının sədridir. Fotoda: Eldar Quliyev
Deputat Tamam Cəfərova Azərbaycan Dillər Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektordur. Millət Vəkili Samir Vəliyev isə Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədridir.
Nazim Hüseynzadə / Metbuat.az