EN

Ağ Ev: ABŞ Qrenlandiya müqaviləsi ilə lazım olan hər şeyi pulsuz alacaq

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qrenlandiya sazişi ABŞ-yə heç bir ödəniş etmədən bütün məqsədlərinə çatmağa imkan verəcək.

"Report"un məlumatına görə, Ağ Evin Aparat rəhbərinin müavini Stiven Miller bunu "Fox News" telekanalnın efirində bildirib.

"Qrenlandiya Amerikanın milli təhlükəsizliyi üçün vacibdir. Bu, qlobal təhlükəsizlik üçün vacibdir. İndi "sövdələşmələr bağlamaq sənəti"nin köməyi ilə (Trampın bestseller kitabı belə adlanır - red.) ABŞ-də istədikləri və ehtiyac duyduqları hər şey Qrenlandiyaya aiddir", - o deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
3
sherg.az

4Sources