EN

Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq görüşünü keçirəcək

Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq görüşünü bu gün keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Danimarka yığması ilə üz-üzə gələcək. 

Bakı İdman Sarayında, saat 16:00-da start götürəcək matçı Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında yanvarın 22-də baş tutan oyun Danimarka yığmasının 4:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Chosen
58
5
bakivaxti.az

8Sources