AZ

Futzal üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununu keçirəcək

Bu gün futzal üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Danimarka yığması ilə üz-üzə gələcək.

Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq. Oyunu Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında yanvarın 22-də baş tutan ilk oyunda Danimarka yığması 4:1 hesablı qələbə qazanmışdı.

İdman.Biz
Seçilən
35
6
idman.biz

8Mənbələr