Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirəcək.


Rekord.az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda bu gün Danimarka yığması ilə üz-üzə gələcək.


Bakı İdman Sarayında, saat 16:00-da start götürəcək matçı Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcovdan ibarət hakimlər briqadası idarə edəcək.


Qeyd edək ki, komandalar arasında yanvarın 22-də baş tutan ilk oyunda Danimarka yığması 4:1 hesablı qələbə qazanıb.