İndoneziyada baş verən torpaq sürüşməsi insan tələfatına səbəb olub.
BAKU.WS-in məlumatına görə, "Reuters" İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Yüngülləşdirilməsi üzrə Milli Agentliyinə istinadən xəbər yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində azı 7 nəfər həyatını itirib, 82 nəfər isə itkin düşüb. Hadisə Qərbi Yava əyalətinin Qərbi Bandunq rayonunda qeydə alınıb.
Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.