EN

Səbaildə bacı-qardaşın ölüm faktı ilə bağlı cinayət işi başlanıldı

Ötən gün Səbail rayonunda baş verən yanğında bacı-qardaşın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanvarın 23-ü Səbail rayonu, Badamdar qəsəbəsi, 25-ci Səbail küçəsində yaşayan 1956-cı il təvəllüdlü Rəna Mahmud qızı Nəbiyeva və qardaşı - 1951-ci il təvəllüdlü Firidun Mahmud oğlu Nəbiyev yaşadıqları evin mətbəxində baş vermiş yanğın nəticəsində ölüblər.

Chosen
16
7
publika.az

9Sources