ain.az, Axar.az portalına istinadən məlumat yayır.
Ötən gün Səbail rayonunda yanğında iki nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi başlanılıb.
Axar.az xəbər verir ki, ötən gün Səbail rayonu, Badamdar qəsəbəsi, 17-ci küçədə yaşayan 1956-cı il təvəllüdlü Nəbiyeva Rəna Mahmud qızı və qardaşı - 1951-ci il təvəllüdlü Firidun Mahmud oğlu Nəbiyev yaşadıqları evin mətbəxində baş vermiş yanğın nəticəsində ölüblər.
Faktla bağlı FHN-nin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.