AZ

Yanğında bacı-qardaşın ölüm faktı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANIB

Ajans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, yanvarın 23-ü Səbail rayonu, Badamdar qəsəbəsi, 25-ci Səbail küçəsində yaşayan 1956-cı il təvəllüdlü Rəna Mahmud qızı Nəbiyeva və qardaşı - 1951-ci il təvəllüdlü Firidun Mahmud oğlu Nəbiyev yaşadıqları evin mətbəxində baş vermiş yanğın nəticəsində ölüblər.

Faktla bağlı FHN-in Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib./oxu.az

Seçilən
90
7
Ajans.az

9Mənbələr