EN

Rekord məbləğə transfer olundu, "Qalatasaray"a keçdi

style='margin-bottom:10px;'>

“Qalatasaray”ın heyətinə yeni oyunçu cəlb edib.

QOL.az xəbər verir ki, İstanbul klubu “Jirona”dan Yaser Asprillanı icarəyə götürüb.

Kolumbiyalı vinger artıq İstanbuldadır. Bu gün onunla müqavilə imzalanacağı gözlənilir. Asprilla "Qalatasaray"da mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, "Jirona" Yaseri 2024-cü ilin avqustunda "Uotford"dan 25 milyon avroya transfer edib. Bu isə klub tarixinin transfer rekordudur. La Liqa təmsilçisi ilə 2030-cu ilə qədər müqaviləsi olan futbolçu bu mövsüm "Jirona"da 17 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.

Chosen
80
3
teleqraf.com

4Sources