EN

Matça doğru: “Sumqayıt”da iki, “Turan Tovuz”da bir itki

Azərbaycan Premyer Liqasının XVII turunda “Sumqayıt” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komanda da oyuna itkilərlə çıxacaq. Ev sahibində zədəli futbolçu yoxdu. Rüstəm Əhmədzadə, Nikola Ninkoviç və baş məşqçi Saşa İliç cəzalıdır.

Tovuz təmsilçisində isə cəmi bir itki var – Fərid Yusifli. O, zədə səbəbindən meydana çıxa bilməyəcək.

“Sumqayıt” – “Turan Tovuz” matçı bu gün saat 18:30-da start götürəcək.

Chosen
44
idmanxeber.az

1Sources