EN

Covane Santana “Napoli”də! – ARENA.AZ

İtaliyanın “Verona” komandasının braziliyalı hücumçusu Covane Santana bundan sonra “Napoli”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Neapol klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı braziliyalı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. “Napoli” bu transfer üçün “Verona”ya 2 milyon avro ödəyib.

Covane Santana “Kapivariano” klubunun yetirməsidir. O, ölkəsində “Korintians”ın da uğurları üçün çalışıb. “Verona” hücumçunu 2025-ci ilin yayında azad agent kimi heyətinə qatmışdı. Covane İtaliya komandasının heyətində bütövlükdə 23 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

Santana Braziliyanın U-20 və U-23 yığmalarında forma geyinsə də, əsas milliyə dəvət almayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı hücumçunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
56
10
arena.az

10Sources