EN

Filippinlərdə 350-dən çox insanın olduğu bərə batıb, ölənlər var

BAKI, 26 yanvar. TELEQRAF

Filippinlərdə göyərtəsində 350-dən çox insanın olduğu bərə batıb, nəticədə ölən və xilas edilənlər var.

Teleqraf xəbər verir ki, bu barədə Associated Press yerli rəsmilərə istinadən məlumat yayıb. Məlumata görə, hadisə zamanı azı 215 sərnişin xilas edilib, yeddi nəfər həlak olub.

Agentliyin bildirdiyinə görə, bərənin göyərtəsində 332 sərnişin və 27 ekipaj üzvü olub.

Filippin sahil mühafizəsinin nümayəndələri gəmi qəzasının səbəbinin texniki nasazlıq olduğunu açıqlayıblar.

Chosen
152
3
teleqraf.com

8Sources