Yazını böyüt
Yazını kiçilt
Filippinin cənubunda göyərtəsində təxminən 332 sərnişin və 27 heyət üzvü olan bərə batıb.
Hafta.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bərə Zambaonqa şəhərindən Colo adasına gedərkən batıb.
Xilasetmə əməliyyatının gedişində 215 nəfər sağ tapılıb, 7 nəfərin meyiti sudan çıxarılıb.
İlkin ehtimala görə, bərə texniki problem səbəbindən batıb.