AZ

Göyərtəsində 400-ə yaxın insanın olduğu BƏRƏ BATDI

Filippinin cənubunda göyərtəsində 350-dən çox insanın olduğu bərə batıb.

Publika.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

"332 sərnişin və 27 heyət üzvünü daşıyan "M/V Trisha Kerstin 3" adlı bərə texniki problemlər səbəbindən gecə yarısından sonra batıb. Xilasedicilər 215 nəfəri xilas edə və yeddi nəfərin cəsədini sudan çıxara biliblər", - Agentliyin açıqlamasında deyilir.

Seçilən
65
3
publika.az

8Mənbələr