EN

Premyer Liqada XXI əsrin rekordu

“Çelsi”nin futbolçusu Estevao Premyer Liqada “Kristal Palas”a qarşı son oyunun qəhrəmanlarından biri olub.

Msport.az xəbər verir ki, o, sözügedən görüşdə qol vurub və məhsuldar ötürmə edib.

“Zadəganlar” matçda 3:1 hesabı ilə qalib gəliblər. Matç zamanı braziliyalı oyunçu 18 yaş 276 günlük olub və bu nəticə onu “Çelsi” tarixində eyni İngiltərə Premyer Liqası matçında qol vuran və məhsuldar ötürmə edən 2-ci ən gənc oyunçu edib.

Bundan əvvəl yalnız Nil Şipperli daha erkən yaşlarında oxşar nailiyyətə imza atmışdı – 1993-cü ilin aprelində, 18 yaş 164 günlüyündə ikən Uimbldonla oyunda bir qol vurmuş və bir məhsuldar ötürmə etmişdi.

21-ci əsrdə isə belə göstəriciyə yiyələnən olmayıb.

Chosen
11
1
msport.az

2Sources