AZ

Estevaodan 21-ci əsrin klub rekordu

style='margin-bottom:10px;'>

"Çelsi"nin futbolçusu Estevao Premyer Liqada "Kristal Palas"a qarşı oyunun qəhrəmanlarından biri olub.

QOL.az xəbər verir ki, o, sözügedən görüşdə qol vurub və məhsuldar ötürmə edib. "Zadəganlar" matçda 3:1 hesabı ilə qalib gəliblər.

"Opta"nın yaydığı məlumata görə, matç zamanı braziliyalı oyunçu 18 yaş 276 günlük olub cə bu nəticə onu "Çelsi" tarixində eyni İngiltərə Premyer Liqası matçında qol vuran və məhsuldar ötürmə edən ikinci ən gənc oyunçu etdi.

Bundan əvvəl yalnız Nil Şipperli daha erkən yaşlarında oxşar nailiyyətə imza atmışdı - 1993-cü ilin aprelində, 18 yaş 164 günlüyündə ikən Uimbldonla oyunda bir qol vurmuş və bir məhsuldar ötürmə etmişdi.

Seçilən
91
1
teleqraf.com

2Mənbələr