“Çelsi”nin futbolçusu Estevao Premyer Liqada “Kristal Palas”a qarşı son oyunun qəhrəmanlarından biri olub.
Msport.az xəbər verir ki, o, sözügedən görüşdə qol vurub və məhsuldar ötürmə edib.
“Zadəganlar” matçda 3:1 hesabı ilə qalib gəliblər. Matç zamanı braziliyalı oyunçu 18 yaş 276 günlük olub və bu nəticə onu “Çelsi” tarixində eyni İngiltərə Premyer Liqası matçında qol vuran və məhsuldar ötürmə edən 2-ci ən gənc oyunçu edib.
Bundan əvvəl yalnız Nil Şipperli daha erkən yaşlarında oxşar nailiyyətə imza atmışdı – 1993-cü ilin aprelində, 18 yaş 164 günlüyündə ikən Uimbldonla oyunda bir qol vurmuş və bir məhsuldar ötürmə etmişdi.
21-ci əsrdə isə belə göstəriciyə yiyələnən olmayıb.