EN

Qida zəhərlənməsinin diaqnostikası yalnız laborator şəraitdə təsbit edilə bilər

Qida təhlükəsizliyi və şəxsi gigiyena qaydalarına əməl olunmaması bəzi hallarda xoşagəlməz nəticələrə gətirib çıxarır. 2025-ci il ərzində "1003 – Çağrı Mərkəzi"nə daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində 51 qida zəhərlənməsi faktı təsdiqlənib. Bu hadisələrdə ümumilikdə 401 zərərçəkən qeydə alınıb. Ölüm faktı qeydə alınmayıb. Təhlillər göstərir ki, zəhərlənmələrin 65%-i məişət zəminində baş verib. Əsas səbəblər isə məişət şəraitində hazırlanan konservləşdirilən məhsullar, qarışıq qidalar və ictimai iaşədə dönər məhsulları olub. 

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədri Əli Nəbiyev deyib. 

Ə. Nəbiyev xüsusi olaraq vurğulayıb ki, bəzi hallarda mediada qeyri-peşəkar şəxslər tərəfindən qida zəhərlənmələri ilə bağlı təhrif olunmuş statistik məlumatlar paylaşılır. Diqqətə alınmalıdır ki, qida zəhərlənməsinin diaqnostikası yalnız laborator şəraitdə təsbit edilə bilər. Bu zaman şəxsin qusuntu kütləsindən və ya digər bioloji materialından nümunə götürülərək laborator tədqiqatı aparılmalıdır. Əks halda baş vermiş hər hansı sağlamlıq, o cümlədən mədə-bağırsaq pozğunluğunun qida zəhərlənməsi kimi qələmə verilməsi yanlışdır.

Chosen
93
3
ikisahil.az

4Sources