EN

Ötən il 3 739 qida müəssisəsində uyğunsuzluqlar aşkarlanıb VİDEO

Bakı, 26 yanvar, AZƏRTAC

2025-ci il ərzində 4304 müəssisədə yoxlama aparılıb, 3739 müəssisədə uyğunsuzluqlar aşkarlanıb və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, 7 fakt üzrə kərə yağı adı altında bitki tərkibli yağların satışı müəyyən edilib və istehlakçıların aldadılmasının qarşısı alınıb.

Eyni zamanda, 561 dönərxanada və 21 çiy dönər emalı müəssisəsində nəzarət tədbirləri həyata keçirilib: "Yoxlamalar zamanı 373 dönərxanada və 18 çiy dönər emalı müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib. Ümumilikdə 497 müəssisədən 600 nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən, 107 müəssisəyə məxsus 122 nümunədə normativ tələblərə uyğunsuzluq müəyyən edilib".

Chosen
17
2
azertag.az

7Sources