AZ

Keçən il 400 ə yaxın dönərxanada nöqsan tapılıb

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

Keçən il 373 dönərxanada və 18 çiy dönər emalı müəssisəsində müxtəlif nöqsanlar aşkarlanıb.

525.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov qurumun 2025-ci il üzrə yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il 561 dönərxanada və 21 çiy dönər emalı müəssisəsində nəzarət tədbirləri həyata keçirilib:

"Ümumilikdə 497 müəssisədən 600 nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən, 107 müəssisəyə məxsus 122 nümunədə normativ tələblərə uyğunsuzluq müəyyən edilib".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
525.az

7Mənbələr