AZ

AQTA-dan dönərxanalarla bağlı ŞOK statistika: 373 obyektdə nöqsan tapılıb

AQTA-nın sədr müavini Əziz Şərifov dövlət nəzarəti çərçivəsində görülən işlərin statistikasını açıqlayıb. Bildirib ki, 2025-ci il ərzində 4 304 müəssisədə yoxlama aparılıb, 3 739 müəssisədə uyğunsuzluqlar aşkarlanıb və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

BAKU.WS xəbər verir ki, eyni zamanda 7 fakt üzrə kərə yağı adı altında bitki tərkibli yağların satışı müəyyən edilib və istehlakçıların aldadılmasının qarşısı alınıb.

Bundan əlavə, 561 dönərxanada və 21 çiy dönər emalı müəssisəsində nəzarət tədbirləri həyata keçirilib. Yoxlamalar zamanı 373 dönərxanada və 18 çiy dönər emalı müəssisəsində müxtəlif nöqsanlar aşkar edilib. Ümumilikdə 497 müəssisədən 600 nümunə götürülərək laborator müayinələrə cəlb olunub. Nəticələrə əsasən, 107 müəssisəyə məxsus 122 nümunədə normativ tələblərə uyğunsuzluq müəyyən edilib.

Seçilən
21
1
far.az

7Mənbələr