EN

Ukrayna MDB sərhəd təhlükəsizliyi müqaviləsindən rəsmən çıxıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin dövlət sərhədlərinin və dəniz iqtisadi zonalarının qorunması ilə bağlı MDB Sazişindəki iştirakına xitam verən fərman imzalayıb.

"Report"un məlumatına görə, müvafiq sənəd Ukrayna Prezidentinin rəsmi saytında yerləşdirilib.

Fərmanda Ukraynanın 1992-ci il martın 20-də Kiyevdə Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlər arasında bağlanmış müqavilədən çıxması barədə danışılır.

Chosen
78
4
far.az

7Sources