Növbəti 4 il ərzində bəzi peşələr aktuallığını itirəcək.
Teleqraf xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov Agentliyin ötən ilin yekunları və 2026-cı il üçün hədəflərə dair mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq deyib.
O bildirib ki, dünya iqtisadi Forumunun işlərin gələcəyi hesabatına görə, 2030-cu ilədək bəzi peşələr aktuallığını itirəcək:
"Süni intellekt bəzi mütəxəssislərin işini görəcək. Peşələri transformsiya edəcək. Süni intellektlə bağlı, Aİ dizayner, promter və s. işlər üzrə artıq vakansiyalar qoyulur. İnsan amili texniki istiqamətlər üzrə aza bilər", - sədr qeyd edib.
H.Abbasov əlavə edib ki, dünya üzrə 2017-ci ildən bəri doğulan uşaqların 60%-dən çoxu əmək qabiliyyətli yaşa çatanda hansı işlə məşğul olacağı məlum deyil.