EN

Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyi hədəf alan dezinformasiya yayılıb

Bakı. Trend:

Bir sıra xarici onlayn xəbər kanallarında və sosial mediaseqmentlərində Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlikmünasibətlərinə xələl gətirmək məqsədi daşıyan, mənbəyi şübhədoğuran və reallığı əks etdirməyən dezinformasiya xarakterliməlumatların yayılması halları müşahidə olunur.

Medianın İnkişafı Agentıiyindən (MEDİA) Trend-ə verilən məlumatagörə, aparılmış ilkin araşdırmalar nəticəsində bu dezinformasiyakampaniyasının internetin rusdilli seqmentində “Tsargrad.tv”resursundan qaynaqlandığı aşkar edilib.

“Ölkəmizə qarşı yönəlmiş, saxta və manipulyativ məzmunlarlaictimai rəyi çaşdırmağa çalışan, Azərbaycan ilə Türkiyə arasındamövcud olan qardaşlıq və müttəfiqlik münasibətlərini hədəf almağaxidmət edən bu kimi dezinformasiya əməllərini kəskin şəkildəqınayır və qəbuledilməz olduğunu vurğulayırıq.

Azərbaycan və Türkiyə jurnalistlərini, həmçinin mediasubyektlərini bu cür dezinformasiya cəhdlərinə qarşı prinsipialmövqe sərgiləməyə, mənbəyi təsdiqlənməmiş məlumatlarınyayılmasından çəkinməyə və informasiya mühitinin qorunmasıistiqamətində məsuliyyətli davranmağa çağırırıq.

Hər iki ölkənin ictimaiyyətini saxta məlumatlara inanmamağa,yalnız rəsmi qurumların verdiyi açıqlamaları əsas götürməyə dəvətedirik”, - məlumatda bildirilib.

Qeyd edilib ki, MEDİA bu kimi halların qarşısının alınması vəvahid mövqenin formalaşdırılması məqsədilə Türkiyə PrezidentiAdministrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti iləsəmərəli əməkdaşlığı bundan sonra da davam etdirəcək.

Chosen
44
49
az.trend.az

10Sources