"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən Bakı və ətraf ərazilərdə dəmir yolu şəbəkəsi genişləndiriləcək, 2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək.
Bu barədə Marja.az "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.
Dövlət Proqramı çərçivəsində aşağıdakı istiqamətlərdə dəmir yolu xətləri bərpa olunacaq və yeni stansiyalar tikiləcək:
- Yeni Suraxanı-Hövsan (4 stansiya)
- Bakıxanov-Binə-Qala (7 stansiya)
- Zabrat-Maştağa-Bağlar (7 stansiya)
Hazırda:
- Dərnəgül dayanacağının tikintisi sürətlə davam edir
- Kürdəxanı, Fatmayı, Saray və Binəqədi dayanacaqları yaradılır
- Baş Keşlə və Nərimanov stansiyalarında qatarların dayanması təmin olunacaq.