EN

Yolda sürət yarışı təşkil edən sürücülər saxlanıldı

Bakı. Trend:

Yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosialşəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Trend xəbərverir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumatyayıb.

Bildirilib ki, 23 yanvar 2026-cı il tarixində Bakı–Şamaxıavtomobil yolunun 14-cü kilometrliyində X. Hümbətovun idarə etdiyi“Chevrolet Cobalt”markalı, 90-YD-792 dövlət qeydiyyat nişanlıavtomobil ilə R. Qədimovun idarə etdiyi eyni markalı, 90-YH-208dövlət qeydiyyat nişanlı avtomobil arasında sürət yarışı təşkiledilib, bu zaman yol hərəkəti iştirakçıları üçün real təhlükəyaradılıb.

Faktla bağlı Yol-Patrul Xidməti əməkdaşları tərəfindən hər ikisürücü saxlanılıb və barələrində qanunvericiliyin tələblərinə uyğuntədbirlər görülüb.

"Bir daha xatırladırıq ki, yollarda sürət yarışı vəməsuliyyətsiz davranışlar ağır və geri dönməz nəticələrə səbəb olabilər. Yol hərəkəti qaydalarına əməl edilməsi hər bir sürücününbirbaşa məsuliyyətidir.

Yollarda sürət yarışı təşkil edən, ictimai təhlükəsizliyibilərəkdən təhdid edən bu kimi hallara qarşı bundan sonra datərəfimizdən qətiyyətlə ən sərt hüquqi tədbirlərin tətbiqi davametdiriləcəkdir", - deyə idarədən bildirilib.

Chosen
35
31
az.trend.az

10Sources