EN

Türkiyədə məhbusları daşıyan avtobus aşdı - 19 yaralı

Türkiyənin İstanbul şəhərində həbsxanaya məxsus, məhbusları daşıyan nəqliyyat vasitəsi aşıb.

Bakıvaxtı.az  “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Eyüpsultan rayonunda baş verib.

Məlumata görə, qəzada 2-si ağır olmaqla 19 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı məlumat verildikdən sonra əraziyə çoxlu sayda tibb, polis və yanğınsöndürmə briqadaları göndərilib.

Chosen
52
3
bakivaxti.az

4Sources