EN

Tramp Maliyyə Nazirliyi və Vergi Xidmətindən 10 milyard dollar tələb edir

BAKI, 30 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ölkənin Maliyyə Nazirliyinə və Daxili Gəlirlər Xidmətinə (IRS) qarşı məhkəmə iddiası qaldıraraq azı 10 milyard dollar məbləğində kompensasiya tələb edir.

Teleqraf xəbər verir ki, iddia sənədi Cənubi Florida dairə məhkəməsinin elektron bazasında yerləşdirilib.

Tramp, onun oğulları, Donald Tramp və Erik Tramp, eləcə də "Trump Organization" şirkəti iddia edirlər ki, cavabdeh qurumlar Trampın ilk prezidentlik dövründə onun vergi bəyannamələrinə dair məxfi məlumatların mediaya sızdırılmasına yol veriblər.

Sənəddə bildirilir ki, iddiaçılar Maliyyə Nazirliyi və Vergi Xidmətinin qəsdən, bilərəkdən və ya kobud ehtiyatsızlıq nəticəsində konfidensial vergi məlumatlarını qanunsuz şəkildə açıqladığını hesab edir və buna görə də məhkəmədən ən azı 10 milyard dollar kompensasiya tələb edirlər.

Qeyd edək ki, "The New York Times" qəzeti 2020-ci ilin sentyabrında Trampın 20 ildən artıq dövrü əhatə edən vergi bəyannamələri ilə tanış olduğunu iddia etmişdi. Həmin materialda 2016 və 2017-ci illərdə onun cəmi 1,5 min dollar məbləğində gəlir vergisi ödədiyi qeyd olunurdu.

Chosen
15
39
teleqraf.com

10Sources