AZ

Tramp ABŞ ın Maliyyə Nazirliyini və Vergi Xidmətini MƏHKƏMƏYƏ VERDİ

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp Maliyyə Nazirliyi və ölkənin Vergi Xidmətinə qarşı 10 milyard dollar məbləğində kompensasiya tələbi ilə məhkəmə iddiası qaldırıb.Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.Trampın iddiasına görə, dövlət qurumları onun ilk prezidentlik dövründə vergi bəyannamələrini icazəsiz şəkildə açıqlayıb.

 

İddia Donald Tramp, onun oğulları Erik Tramp və Donald Tramp Jr., eləcə də prezidentin daşınmaz əmlak şirkəti olan “Trump Organization” adından Mayami şəhərinin federal məhkəməsinə təqdim edilib.

Qeyd edək ki, Tramp daha əvvəl də ABŞ Vergi Xidmətini nüfuzuna xələl gətirmək cəhdlərində və siyasi motivli təqib aparmaqda ittiham edib. Hazırkı işin mərkəzində isə 2020-ci il seçkiləri ərəfəsində The New York Times qəzetinin məxfi məlumat sızması əsasında Trampın vergi bəyannamələrini dərc etməsi ilə bağlı qalmaqal dayanır.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
74
7
bizim.media

10Mənbələr