EN

Trampın fövqəladə vəziyyət elan etməsinin sirri: Plan hazırlanır, bu ölkə dağılacaq

ABŞ Prezidenti Donald Trampın Kubadan qaynaqlanan milli təhlükəsizlik təhdidi səbəbindən ölkədə fövqəladə vəziyyət elan etdiyi barədə məlumat vermişdik.

Publika.az xəbər verir ki, politoloqlar Trampın bu addımının əsas məqsədinin nə olduğunu müzakirə edirlər.

Lenta.ru-ya verdiyi müsahibədə Rusiya Ali İqtisadiyyat Məktəbinin Hərtərəfli Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CCEIS) direktor müavini Dmitri Suslov izah edib ki, Trampın əsas xarici siyasət hədəfi Kubada rejim dəyişikliyi olaraq qalır.

“Kubada rejim dəyişikliyi Trampın əsas məqsədlərindən biri olaraq qalır. O, çox güman ki, bunu siyasi irsinin başqa bir elementi etmək istəyir”, - politoloq deyib.

Ekspertin fikrincə, bu il Amerika lideri Qərb yarımkürəsində ABŞ dominantlığını daha da gücləndirmək üçün yeni addımlar atacaq.

Chosen
18
50
publika.az

10Sources