EN

Azərbaycan karbamid ixracından gəlirini 35%-dən çox artırıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycandan 170,8 milyon ABŞ dolları dəyərindəkarbamid ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzi (İİTKM) “İxrac icmalı”nın yanvar sayına istinadən xəbərverir.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 44,6 milyonABŞ dolları və ya 35,3% çoxdur.

Təkcə ötən ilin dekabrında isə Azərbaycan 7 milyon ABŞ dollarıdəyərində karbamid ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 47,8 %azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarındaAzərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiqdövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkiledib.

Məqalədə:
Chosen
86
50
az.trend.az

10Sources