EN

Kino Agentliyi bu şirkətə də tender keçirmədən vəsait ödəyəcək

“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi "Divarın o üzü" adlı qısametrajlı bədii filminin istehsalının həyata keçirilməsi xidmətlərinə və hüquqlarının alınmasına 49 949 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, vəsait “And Production” MMC-yə ödəniləcək.

 

Agentlik və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni “Bir mənbə metodu” tətbiq olunub.

 

Cabir

Tarix: 30 Yanvar 2026, 11:06   
Chosen
14
5
pravda.az

10Sources