AZ

Agentlik "Oyun" adlı qısametrajlı animasiya filminin çəkilməsinə 15 min xərcləyəcək

“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi "Oyun" adlı qısametrajlı animasiya filminin istehsalının həyata keçirilməsi xidmətlərinin və hüquqlarının satın alınmasına 15 000 AZN sərf edəcək.

 

Pravda.az-ın xəbərinə görə, iş “Peri Film” MMC-yə verilib.

 

Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, satınalma birbaşa olub.

 

Cabir

Tarix: 23 Yanvar 2026, 14:47   
Seçilən
79
pravda.az

1Mənbələr