“Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsi "Divarın o üzü" adlı qısametrajlı bədii filminin istehsalının həyata keçirilməsi xidmətlərinə və hüquqlarının alınmasına 49 949 AZN sərf edəcək.
Pravda.az-ın xəbərinə görə, vəsait “And Production” MMC-yə ödəniləcək.
Agentlik və MMC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib, yəni “Bir mənbə metodu” tətbiq olunub.
Cabir
Tarix: 30 Yanvar 2026, 11:06