Xaçmazda Gömrük işçilərinin peşə bayramı qeyd edilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Xaçmaz Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və gömrük əməkdaşları iştirak ediblər.
Rayon rəsmiləri və gömrük işçiləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev gömrükçüləri müstəqil Azərbaycanda gömrük xidmətinin yaradılmasının 34-cü ildönümü və gömrük işçilərinin peşə bayramı münasibətilə təbrik edib, xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda Xaçmaz Gömrük İdarəsinin bir qrup gömrük əməkdaşı Xaçmaz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.

